İDMAN


AFFA-nın hakimlər komitəsinin sədri: Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram

Bakı, 24 iyun, AZƏRTAC

Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AFFA ilə müqavilə müddəti iyunun 30-da başa çatacaq hakimlər komitəsinin sədri Fritz Stuchlik qurumun rəsmi saytına açıqlamasında bildirib.

O qeyd edib ki, son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində pozitiv dəyişiklikləri görmək çox xoşdur. Təkcə Premyer Liqa və Birinci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub: “Bu məsələdə hakimlər komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.