SİYASƏT


AFR Prezidenti: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır

Bakı, 26 may, AZƏRTAC

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, AFR Prezidenti ölkələrimizin diplomatik əlaqələri otuz il əvvəl, 1992-ci il fevralın 20-də qurduğunu xatırladaraq Almaniya ilə Azərbaycan arasında münasibətlərin son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf etdiyini vurğulayıb. Əmin edib ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsinə böyük maraq göstərir. Qeyd olunub ki, bura həm də Azərbaycanla insan hüquqlarına dair aparılan dialoq və ölkələrimizin vətəndaş cəmiyyətləri arasında mübadilənin dəstəklənməsi daxildir.

“Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik”, - deyə Frank-Valter Ştaynmayer məktubunda bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.