REGİONLAR
AĞCABƏDİ TORPAQ SAHİBLƏRİNİN SUVARMA SUYUNA EHTİYACININ ÖDƏNİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayonunun torpaq sahibləri əkin sahələrinin suvarılmasında Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı idarələrinin xidmətindən istifadə edirlər.
Suvarma Sistemləri İdarəsi 56 min 414 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Rayonun əsas su mənbələri Yuxarı Qarabağ kanalı, Xan qızı kanalı, subartezian quyuları və Kür çayıdır. Hazırda Ağcabədidə 11 Sudan İstifadə Birliyi fəaliyyət göstərir. Müntəzəm olaraq suvarma kanalları lildən təmizlənir, hidrotexniki qurğular əsaslı və cari təmir edilir.
Subartezian Quyularının İstismarı İdarəsinin balansında 802 subartezian quyusu vardır. Bu quyulardan 90-ı içməli suya, 712-si isə 27 min 735 hektar əkin sahəsinin suvarma suyuna ehtiyacını təmin etmək məqsədi ilə qazılmışdır. İlin əvvəlindən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hindarx, Rəncbərlər, Poladlı, Sarıcalı, Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Yeni Qaradolaq və Boyat kəndlərində 10 subartezian quyusu istifadəyə verilmişdir. Kollektor-drenaj şəbəkələri vaxtında lildən təmizlənir hidrotexniki qurğulara lazımi qulluq göstərilir.