RƏSMİ SƏNƏDLƏR
Ə.İ.Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova “Əməkdar jurnalist” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2018-ci il.