DÜNYA


Aİ minimum əməkhaqqının məbləği ilə bağlı məsləhətləşmələrə başlayır

Brüssel, 6 iyun, AZƏRTAC

Bu yaxınlarda Avropa Həmkarlar İttifaqları Konfederasiyası Avropa siyasi institutları, ilk növbədə Avropa Komissiyası qarşısında pandemiya dövründə az gəlirli insanların əsas ehtiyaclarının təmin olunmasına dair təşəbbüslə çıxış edib.

AZƏRTAC xəbər verir ki, bu çağırışa səs verən Avropa rəsmiləri yoxsul vətəndaşların ən vacib problemlərinin tezliklə həll edilməsi üçün ictimai təşkilatlarla bir sıra sınaq məsləhətləşmələri aparıblar.

İqtisadiyyatın bərpa edilməsi üçün şəraitin yaradılması, əməkhaqqı aşağı olan şəxslərin alıcılıq qabiliyyətinin stimullaşdırılması bu məsləhətləşmələrin əsasını təşkil edir.

Məsləhətləşmələr bir sıra Avropa ölkələrinin işsizlər üçün də zəmanətli minimum gəlirin müəyyənləşdirilməsi ilə bağlı qərara gəlməsindən sonra başlayıb. Buna baxmayaraq, Brüsselin hələlik bütün ölkələr üçün vahid minimum əməkhaqqının təyin edilməsinə dair planı yoxdur. Üstəlik, Avropa İttifaqı ölkələri arasında minimum əməkhaqları çox fərqlidir. Məsələn, Bolqarıstanda bu rəqəm 286 avroya, Lüksemburqda isə 2000 avroya bərabərdir.

Məsləhətləşmələrin yayın sonunadək davam edəcəyi güman edilir. Lakin, bütün Avropa Birliyi üçün əməkhaqqının minimum həddinin qəti surətdə təyin olunması pandemiya səbəbindən uzun çəkə bilər.

Vüqar Seidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.