Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ALMANİYA İNVESTİSİYA VƏ İNKİŞAF TƏŞKİLATININ (DEG) AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKININ NİZAMNAMƏ KAPİTALINDA İŞTİRAKININ TƏMİN EDİLMƏSİ ÜÇÜN “AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ ALMANİYA FEDERATİV RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA MALİYYƏ ƏMƏKDAŞLIĞI HAQQINDA SAZİŞ”İN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

1. 2003-cü il noyabrın 5-də Bakı şəhərində imzalanmış Almaniya

İnvestisiya və İnkişaf Təşkilatının (DEG) Azərbaycan Mikromaliyyələşdirmə Bankının nizamnamə kapitalında iştirakının təmin edilməsi üçün “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan

Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar lazimi tədbirlər görsünlər.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 dekabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin