ALMATIDA SOYDAŞLARIMIZLA GÖRÜŞ OLMUŞDUR
AzerTAg.az
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, xarici işlər nazirinin müavini Xələf Xələfov Almatıda yaşayan Azərbaycan diasporunun üzvləri ilə görüşmüşdür.
Diasporun üzvləri qeyd etmişlər ki, Qazaxıstanda 130 mindən artıq azərbaycanlı yaşayır. Soydaşlarımız daha çox Almatı, Cambul, Cənubi Qazaxıstan vilayətlərində məskunlaşıblar. Ölkədə 12 Azərbaycan mədəniyyət mərkəzi var. Demək olar ki, vilayətlərin hamısında bazar günü məktəbi fəaliyyət göstərir və burada uşaqlar dilimizi, ədəbiyyat, incəsənət və tariximizi öyrənirlər. Almatıda, vilayətlərdə müxtəlif vəzifə tutan soydaşlarımızın olması da qeyd edilmişdir.
X.Xələfov Azərbaycan dövlətinin diaspora qayğısından, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində Azərbaycanın təşəbbüsündən, ölkədə aparılan islahatlardan danışmışdır.
Xarici işlər nazirinin müavini soydaşlarımızı maraqlandıran suallara cavab vermişdir.
Xəbərin mətnində orfoqrafik səhv var