CƏMİYYƏT


AMADA və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq görüşü təşkil edilib

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 17-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov və Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynlinin və hər iki qurumun aidiyyəti əməkdaşlarının iştirak etdiyi görüşdə əsasən iki qurum arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunub.

Bildirilib ki, dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizə antidopinq siyasətinin mühüm bir hissəsidir və bu sahədə aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlıq mövcuddur. Qadağan edilmiş maddələrin internet resursları üzərindən onlayn sifarişi və bu yolla qanunsuz dövriyyəsi hallarının artması hazırda bütün dünya üçün aktual problemə çevrilib. Bu cür hallarla effektiv mübarizə aparmaq və qadağan edilmiş maddələrin ölkəmizə gətirilməsinin qarşısını almaq üçün aidiyyəti qurumların daha sıx əməkdaşlıq etməsi vacibdir.

Görüşdə həmçinin Tokio 2020 Yay Olimpiya Oyunları ilə bağlı Yaponiyada tətbiq ediləcək gömrük prosedurları müzakirə edilib.

Bildirilib ki, COVID-19 pandemiyası və beynəlxalq dopinq nəzarəti baxımından bu məsləyə çox həssas yanaşılır. Tokioya gedəcək nümayəndə heyətinin üzvləri bu barədə ətraflı məlumatlandırılıb. Bununla belə gömrük orqanları ilə birgə məlumatlandırıcı tədbirlərin keçirilməsi də məqsədəuyğundur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.