Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ƏMƏK PENSİYALARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2006-Cİ İL 28 NOYABR TARİXLİ 184-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ VƏ BƏZİ QANUNVERİCİLİK AKTLARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddələr 362, 363, № 11, maddə 694, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, № 12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 317-IIIQD nömrəli və 16 iyun tarixli 389-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 15-ci maddənin 2-ci bəndi çıxarılsın.

2. 21-ci maddənin 1-ci bəndinin “ə” yarımbəndində “, lakin ən çoxu 15 illik müddət yaşa görə pensiya təyin edilmək üçün zəruri olan ümumi iş stajına” sözləri “sığorta stajına” sözləri ilə əvəz edilsin.

II. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 451; 1999-cu il, № 5, maddə 293; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 7, maddə 507; 2007-ci il, № 5, maddə 401) 2-ci maddəsindən “Hərbi qulluqçuların pensiya təminatı haqqında,” sözləri, 10-cu maddəsindən “və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 19 və 23-cü maddələrində” sözləri çıxarılsın.

III. “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 15; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 313-IIIQD nömrəli Qanunu) 33-cü maddəsində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə əvəz edilsin.

IV. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16, maddə 213; 1995-ci il, № 9, maddə 177, № 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 16, № 2, maddə 66; 1999-cu il, № 5, maddə 283, № 7, maddə 395; 2001-ci il, № 12, maddə 731; 2004-cü il, № 4, maddələr 199, 202, № 7, maddə 505; 2005-ci il, № 8, maddə 684; 2006-cı il, № 4, maddə 315; 2007-ci il, № 5, maddə 401) 6-cı maddəsində “və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri “Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilsin.

V. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, Əlavə, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133, № 5, maddə 312; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 387-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 41-ci maddəsinin ikinci hissəsinin doqquzuncu abzasından “və pensiya təminatı” sözləri çıxarılsın.

VI. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 106; 2001-ci il, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 4; 2004-cü il, № 8, maddə 606, № 9, maddə 666; 2007-ci il, № 3, maddə 206; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 393-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1.24-1-ci maddədə:

1.1. maddənin adında “deputatın” sözündən sonra “və sabiq deputatın” sözləri əlavə edilsin;

1.2. maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

2.30-cu maddədə:

2.1. ikinci-beşinci hissələr çıxarılsın;

2.2. maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

VII. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7, № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4, № 12, maddə 1005; 2007-ci il, № 5, maddə 446; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 385-IIIQD nömrəli Qanunu) 109-cu maddəsinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. beşinci və altıncı hissələr çıxarılsın.

2. maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

3. yeddinci hissə altıncı hissə hesab edilsin.

VIII. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 14; 2001-ci il, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002-ci il, № 6, maddə 328, № 8, maddə 464; 2004-cü il, № 2, maddə 57, № 11, maddə 886; 2005-ci il, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

1. 152-ci maddənin birinci hissəsinin birinci cümləsində “dövlət pensiya təminatı” sözləri “əmək pensiyası” sözləri ilə, ikinci cümləsində “pensiya” sözü “əmək pensiyası” sözləri ilə əvəz edilsin.

2. 161-ci maddənin birinci hissəsinin ikinci cümləsində “mövcud qanunvericiliklə pensiya üçün xidmət illəri hesablanır” sözləri “xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir” sözləri ilə əvəz edilsin.

3. 167-ci maddənin ikinci hissəsinin “v” yarımbəndindən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən hallarda” sözləri çıxarılsın.

IX. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nomrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 12, № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57; 2005-ci il, № 4, maddə 274, № 7, maddə 590; 2006-cı il, № 11, maddə 926; 2007-ci il, № 1, maddə 1) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinin birinci hissəsində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə, ikinci hissəsində “Azərbaycan Respublikasının gömrük işini aparan” sözləri “müvafiq” sözü ilə əvəz edilsin.

X. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 12, maddələr 1005, 1014; 2007-ci il, № 2, maddə 83, № 5, maddə 434; Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 356-IIIQD nömrəli Qanunu) 23.5-ci maddəsində “dul arvadına (ərinə), anasına (atasına), ölənin himayəsində olmuş və 22 yaşına çatmamış işləməyən qızına (oğluna)” sözləri “ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə” sözləri ilə əvəz edilsin.

XI. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 443; 2006-cı il, № 6, maddə 486, № 11, maddə 927, № 12, maddə 1013; 2007-ci il, № 1, maddə 1; Azərbaycan Respublikasının 2007-ci il 1 may tarixli 323-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 33-cü maddənin yeddinci abzasından “xidmət illəri nəzərə alınmaqla” sözləri çıxarılsın.

2. 75-ci maddənin birinci hissəsinin 2-ci bəndi çıxarılsın və ikinci hissəsində “2-7” rəqəmləri “3-7” rəqəmləri ilə əvəz edilsin.

3. 78-ci maddədə:

3.1. maddədə “hüquq mühafizə orqanlarının əməkdaşları üçün” sözləri “xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin;

3.2. maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təminatı şamil edilir.”.

XII. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 452, № 12, maddə 731; 2002-ci il, № 12, maddə 706; 2005-ci il, № 10, maddə 902; 2006-cı il, № 11, maddə 927; 2007-ci il, № 1, maddələr 1, 4, № 2, maddə 82; Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 340-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 20.13-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Prokurorluqda 25 il qulluq etmiş, həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.”.

2. 20.14-cü maddə aşağıdakı redaksiyada verilsin:

“20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

XIII. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007-ci il, № 4, maddə 320; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 385-IIIQD nömrəli Qanunu) 73.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“73.7. Pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş Konstitusiya Məhkəməsinin sabiq hakiminin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

XIV. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 514; 2006-cı il, № 3, maddə 221, № 11, maddə 927) ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin 86-cı maddəsində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə əvəz edilsin.

XV. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 601; 2006-cı il, № 2, maddə 64, № 3, maddə 221) 20.1-ci və 20.3-cü maddələrində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə əvəz edilsin.

XVI. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 586; 2007-ci il, № 1, maddə 1) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 23.8-ci maddədə “xidmət illərinə görə əməkhaqqının 80 faizi məbləğində” sözləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin.

2. 23.10-23.13-cü maddələr çıxarılsın.

3. Qanuna aşağıdakı məzmunda 23.10-cu və 23.11-ci maddələr əlavə edilsin:

“23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

23.11. Ədliyyə orqanlarında 25 il qulluq etmiş, həmin orqanlarda qulluğunu davam etdirən ədliyyə orqanlarının işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.”.

4. 39.1-ci maddənin birinci cümləsində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” sözləri “Əmək pensiyaları haqqında” sözləri ilə, ikinci cümləsində “pensiya təminatının təşkili” sözləri “pensiya təminatı” sözləri ilə əvəz edilsin.

XVII. Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvədən düşmüş hesab edilsin:

1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 10, maddə 263, № 13, maddə 491; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 10; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 246, № 6, maddə 328; 2004-cü il, № 4, maddə 202, № 5, maddə 312, № 9, maddə 671; 2006-cı il, № 4, maddə 312);

2. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 29 aprel tarixli 110 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 10, maddə 264);

3. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 511; 2005-ci il, № 7, maddələr 574, 589; 2006-cı il, № 1, maddə 2).

XVIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin