Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 24 aprel, P.İmanova, AZƏRTAC 

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov “İnsan furin zülalı geninin ko-ekspressiyası ilə terapevtik zülalların və vaksinlərin yaşıl bitki yarpaqlarında sintezi” mövzusunda məruzə ilə çıxış edib. Alim apardığı son tədqiqatlar nəticəsində insanın furin zülalının bitkilərdə funksional aktiv halda sintezinə ilk dəfə uğurla nail olunduğunu diqqətə çatdırıb. Bitki hüceyrələrində insan furin genini hədəf zülalların genləri ilə ko-ekspressiya etməklə hədəf zülalların hüceyrə daxilində furinlə kəsilərək aktiv formada sintezinə nail olunduğunu vurğulayıb.

T.Məmmədov hədəf zülalların həm enzimatik, həm də furin enzimi ilə eyni hüceyrə daxilində kəsilərək aktivləşməsi texnologiyasının ixtirası haqqında da məlumat verib. Qeyd edib ki, bu texnologiya antraks (Sibir yarası) xəstəliyinə qarşı yeni vaksin namizədin, qoruyucu antigenin dünyada ilk dəfə olaraq hüceyrə daxilində heptamer quruluş formasında bitkilərdə sintezini təmin edib. Yeni namizəd vaksin həmin xəstəliyə qarşı daha stabil xüsusiyyətlərə malikdir. Məruzəçi həmin texnologiyanın müxtəlif zülalların, anticisimlərin və vaksinlərin sintezi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, müvafiq qərar qəbul edilib.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. Əvvəlcə AMEA-nın ümumi yığıncağının 2018-ci il 8 iyun tarixli qərarının icrası ilə bağlı müzakirə aparılıb.

Akademik Akif Əlizadə bildirib ki, qarşıya qoyulan vəzifələri və müəyyən edilən prioritetləri rəhbər tutaraq ötən il akademiyanın müvafiq institut və təşkilatlarında elmi potensialın ölkənin müdafiə, enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi, kosmik tədqiqatların gücləndirilməsi və kimya sənayesinin yeni əsaslarla formalaşdırılması istiqamətində mühüm işlər görülüb.

AMEA rəhbəri Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun qorunması və inkişaf etdirilməsi, tariximizin obyektiv elmi prinsiplərlə araşdırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks öyrənilməsi, sənayenin və kənd təsərrüfatının inkişafı prosesində elmin rolunun artırılması və digər istiqamətlərdə də əhəmiyyətli tədbirlərin həyata keçirildiyini söyləyib.

Akademik AMEA-nın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində görülən işlərin ötən il də davam etdirildiyini, alimlərin güzəştli mənzil təminatı sahəsində müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, AMEA-da təhsil alan doktorant və magistrlərin tədris müddətində yaşayış yeri ilə təmin edilməsi istiqamətində də müvafiq işlər görülüb.

Müzakirədən sonra Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA-nın ümumi yığıncağının 2018-ci il 8 iyun qərarının icrası ilə bağlı görülmüş işləri qənaətbəxş hesab edib.

Tədbirdə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyevin 80 illik yubileyi ilə bağlı məsələyə baxılıb. Alimin AMEA-nın fəxri fərmanı ilə təltif olunması, biblioqrafiyasının hazırlanması, yubiley iclasının keçirilməsi qərara alınıb. Digər qərarlarla AMEA-nın müxbir üzvləri Kazım Ələkbərov və Məmməd Emin Salayevin 110 illik yubileylərinin qeyd edilməsi nəzərdə tutulub.

Rəyasət Heyəti Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi və AMEA-nın Aşqarlar Kimyası İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi barədə də qərar verib.

İclasda Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi də müzakirə olunub. Elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin bir sıra görkəmli alimlərin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, akademiklər Əşrəf Hüseynov, Əli Quliyev, Mirəli Qaşqay, Ələşrəf Əlizadə, Vahab Əliyev, Cəlal Əliyev və Məmmədcəfər Cəfərov adlarına mükafatların və “Abbasqulu ağa Bakıxanov adına mükafat”ın təsisi haqqında qərar qəbul edib.

Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmovanın Almaniyanın Bonn Universitetinə, institutun kiçik elmi işçiləri Gülnar Abdullayevanın Böyük Britaniyanın Oksford Universitetinə və Aynurə Paşayevanın Koreya Respublikasının Pusan Milli Universitetinin molekulyar biologiya departamentinə ezam edilmələri qərara alınıb.

Sonda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Dadaş Hüseynov AMEA-nın Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Yeganə Lətifova isə həmin institutun elmi katibi vəzifələrinə təyin edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib VİDEO

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO