Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə müstəqil dövlətçilik uğrunda mübarizənin lideri və dövlət müstəqilliyinin əsaslarını yaratmış görkəmli dövlət xadimi kimi daxil olduğunu söyləyib.

Akademik Ramiz Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir. Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Bu böyük düha bütün fəaliyyəti boyu həmişə dünyadakı və ölkəmizdəki prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini hər şeydən üstün tutub, taleyüklü qərarlar qəbul edib. Həmin qərarları həyata keçirməkdə qətiyyət nümayiş etdirib. Ulu Öndər ən çətin zamanlarda da daim xalqı öz arxasınca aparmağı bacarıb. Bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevə Ümummilli Liderlik statusu qazandırıb.

AMEA-nın prezidenti diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yeni Azərbaycanın yaradıcısıdır. Ulu öndər Heydər Əliyevin dahiyanə şəkildə irəli sürdüyü azərbaycançılıq siyasəti ölkəmizdə yaşayan bütün xalqları və etnik qrupları öz ətrafında birləşdirən, ictimai-siyasi sabitliyə təminat verən dövlət ideologiyasının əsaslarını təşkil edir. Ümumiyyətlə, Ümummilli Liderin müstəqil dövlətçilik idealları Azərbaycan dövlətinin strateji inkişafının ana xətlərindən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyəti ilə Heydər Əliyev təlimi inkişafda olan zamanla əlaqədar olaraq daim yeniləşir və zənginləşir. Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasını zamanın yeni çağırışlarına uyğun olaraq böyük qətiyyətlə irəli aparmaqda davam edir. Bu gün müstəqil Azərbaycan Respublikası dünyanın sürətlə və hərtərəfli şəkildə inkişaf edən ölkələrindən birinə çevrilib və beynəlxalq aləmdə söz sahibi nüfuzu qazanıb.

Akademik Ramiz Mehdiyev bildirib ki, ölkəmizdə Heydər Əliyevlə keçirilən xatirə günləri xalqımızın Ümummilli Liderin müqəddəs ruhu qarşısında hesabatıdır. Müstəqil Azərbaycan Respublikası hesabatdan-hesabata inkişaf edərək daha böyük hədəflərə doğru şərəfli bir yol keçir.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ümummilli Liderlik miqyası və missiyası” mövzusunda məruzə ilə çıxış edib. Akademik İsa Həbibbəyli Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən, respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı əvəzsiz rolundan söz açıb. Bildirib ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq dahi rəhbər Heydər Əliyev Ümummilli Lider səviyyəsini fəth edib. Məhz ulu öndər Heydər Əliyevin çoxillik siyasi və dövlətçilik fəaliyyəti sayəsində Azərbaycanda dövlət rəhbərliyi Ümummilli Lider statusu qazanıb. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin çoxəsrlik tarixində birinci Ümummilli Liderdir. Ümummilli Liderlik Heydər Əliyevin milli dövlətçilik istedadının ardıcıl və məqsədyönlü fəaliyyətinin mühüm nəticəsidir.

İ.Həbibbəyli bildirib ki, ümummilli lider Heydər Əliyev universal zəka sahibi olan görkəmli dövlət xadimi idi. Ulu Öndər fəaliyyətinin bütün dövrlərində həmişə mənsub olduğu xalqın azadlığı və tərəqqisi üçün çalışıb, xalqını və ölkəsini ümummilli idealların işığında böyük hədəflərə doğru aparıb.

Ulu Öndərin azərbaycançılıq ideologiyasından söz açan İ.Həbibbəyli deyib: “Dünya şöhrətli siyasətçi Heydər Əliyev xalqının gələcəyini qabaqcadan görmək və ölkəsini həmin ideal gələcəyə doğru aparmaq qabiliyyətinə malik olub. Hələ sovet hakimiyyəti illərində, kommunist ideologiyasının hakim olduğu şəraitdə ulu öndər Heydər Əliyevin azərbaycançılıq siyasətini addım-addım həyata keçirməsi, milli-mənəvi dəyərləri ön mövqeyə çəkməyi bacarması nəticə etibarilə xalqda müstəqil dövlətçilik şüurunun formalaşdırılmasında mühüm rol oynayıb. Azərbaycançılıq görkəmli dövlət xadimi Heydər Əliyev üçün milli ideologiya mənasını daşıyıb. Heydər Əliyevin milli dövlətçilik təlimində azərbaycançılıq ideologiyası xalqın keçmişi ilə gələcəyinin vəhdətdə nəzərə alınması, milli-mənəvi dəyərlərin müasir şəraitə uyğun olaraq yaşadılması kimi prinsipləri özündə cəmləşdirir”.

İsa Həbibbəyli diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Respublikası Ali Sovetinin iclasında üçrəngli dövlət bayrağının ölkəmizin dövlət bayrağı kimi qəbul edilməsinə nail olunub. Bununla da, xalqın milli azadlığı uğrunda gedən proseslərdə bu böyük dövlət xadimi zamanı qabaqlamaq missiyasını həyata keçirib. Görkəmli dövlət xadimi Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdən biridir ki, o, həm 1978-ci ildə, həm də 1995-ci ildə iki dəfə ölkəsinin dövlət Konstitusiyasının hazırlanıb qəbul edilməsinə nail olub.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Heydər Əliyev və Azərbaycanda qadın hərəkatı” mövzusunda məruzəsi dinlənilib. İ.Hüseynova bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Ümummilli Lider qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Dahi lider respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb, onun imzaladığı müvafiq sərəncam və fərmanlar qadın hüquqlarının müdafiəsinə yönəldilib.

Tədbirdə “Heydər Əliyev: Azərbaycan tarixi və müasir dövr” mövzusunda çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi lider Heydər Əliyevin şəxsiyyəti ilə sıx bağlıdır. Ulu öndər Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. Y.Mahmudov bildirib ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dünya şöhrətli məzunudur. Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara baxmayaraq, məhz Ulu Öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni başlanğıcın, milli-mənəvi dirçəlişin əsasını qoyub.

Y.Mahmudov unudulmaz şəxsiyyət, dərin zəka sahibi Heydər Əliyevin Azərbaycan elminə və təhsilinə himayədarlıq etdiyini, bu sahədə çalışanlara, xüsusilə tarixçilərə hər zaman diqqət və qayğı göstərdiyini xatırladıb. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin miqyasının çox böyük olduğunu vurğulayan alim rəhbərlik etdiyi qurumda 2008-ci ildən Əliyevşünaslıq şöbəsinin fəaliyyət göstərdiyini, burada dahi lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb