Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi elmi əməkdaşlıq sahəsində fəaliyyətini genişləndirir

Lənkəran, 12 fevral, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin dərin elmi əsaslara söykənən iqtisadi strategiyasının uğurla icra olunması, qəbul olunan Dövlət proqramları, inkişaf konsepsiyaları Azərbaycanda iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, əhalinin sosial rifah halının daha da artırılmasına böyük töhfələr verir.

Uzunmüddətli aparılan geniş elmi-tədqiqatlar nəticəsində Azərbaycan subtropiklərində yetişdirilən çayın, sitrus bitkilərinin və digər subtropik meyvə və texniki bitkilərin yüksək keyfiyyətə malik olması və iqtisadiyyatın yüksəldilməsində böyük rolu sübut olunub. Lənkəran Regional Elmi Mərkəzi bu istiqamətdə fəaliyyətini elmi zəmində genişləndirmək üçün müxtəlif metodlardan istifadə etməyə səy göstərir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AMEA rəhbərliyinin elmi tədqiqat işlərində ayrı-ayrı nazirliklərin və elm müəssisələrinin yaxından iştirakına verdiyi xüsusi önəmi əsas tutaraq ötən dövr ərzində Lənkəran Regional Elmi Mərkəzi çayçılığın və sitrusçuluğun elmi zəmində inkişafı sahəsində bir sıra uğurlu nəticələr qazanıb.

Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı bazasında elmi-tədqiqat işlərinin müştərək aparılması üçün 2015-ci ildə bağlanmış müqaviləyə əsasən AMEA Lənkəran Regional Elmi Mərkəzin direktoru, professor Fərman Quliyevin elmi rəhbərliyi ilə “Çay və sitrus bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzuları üzrə tədqiqat işləri aparılıb.

Tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 50-dan çox sort və formaları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilib və bir sıra uğurlar əldə edilib. Çay kollarının morfoloji, bioloji, məhsuldarlığı və məhsulun keyfiyyət göstəriciləri öyrənildikdən sonra həmin kollardan çilinglər tədarük edib, vegetativ üsulla çoxaldılaraq Lənkəran çay filialının klon tədqiqi təcrübə sahəsində hərtərəfli öyrənilib, nümunəvi anaclıq sahəsi yaradılıb.

Lənkəran çay filialının təcrübə sahəsində çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində birgə aparılan elmi-tədqiqat işlərinin nəticəsində 4 yeni - “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” çay növləri sort sınağından uğurla keçərək Dövlət Reyestrinə salınıb.

Birgə fəaliyyətin nəticəsi olaraq sitrus bitkiləri üzərində aparılan elmi tədqiqatlar zamanı yeni limon və naringi sortu əldə olunub. “Lənkəran meyeri” (“Meyer ağçiçək”) və yeni naringi "Karlik tezyetişən" sortu yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyünə görə fərqlənirlər.

Yüksək məhsuldarlığına malik olan yeni limon və naringi sortu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sınaq məqsədilə qəbul edilib.

İkitərəfli əməkdaşlığın son dövrlərdə uğurlu nəticəsi kimi ölkəmizin cənub bölgəsi üçün yeni olan tropik-subtropik bitki olan quayava ilə bağlı aparılan elmi-tədqiqat işlərini göstərmək olar. Hazırda müalicəvi xüsusiyyətləri ilə ciddi surətdə fərqlənən bu möcüzəvi bitkinin açıq torpaq sahəsində, qışda sintetik örtük altında becərilməsi imkanlarını müəyyən etmək üçün professor Fərman Quliyev tərəfindən İran İslam Respublikasının Mazandaran ostanından introduksiya edilib.

Çoxillik təcrübələrdən əldə edilmiş nəticələr göstərir ki, Lənkəran-Astara subtropik bölgəsi şəraitində psidium quayava bitkisi normal boy atıb inkişaf edir və yüksək məhsulvermə qabiliyyətinə malikdir. Bu bitkinin çoxaldılmasında bir sıra uğurlar əldə edilib və hazırda quayavanın 2 yeni-sarı və qırmızı sortlarının sınaqdan keçirilməsi məqsədilə 2020-ci ildə sort sınağına təqdim edilib.

Ötən dövr ərzində əldə edilən uğurlu nəticələr birgə əməkdaşlıq barədə müqavilənin daha 5 il uzadılmasına stimul verib.

Bu günlərdə yeni müqavilənin imzalanması mərasimində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzin direktoru, professor Fərman Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialının direktoru, texniki elmlər üzrə fəlsəfə doktoru İltifat Kərimov bu əməkdaşlığın uğurlarını qeyd edərək gələcək hədəflərdən danışıblar.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların icrası ilə əlaqədar Lənkəran-Astara rütubətli subtropik bölgəsində xalq seleksiyası və məqsədyönlü seleksiya istiqamətində elmi əsaslarla yaradılıb.

Eyni zamanda, introduksiya olunmuş çoxsaylı sitrus, subtropik meyvə, texniki və çay bitkisinin sort və formalarının mövcudluğunu nəzərə alıb stasionar və kəşfiyyat xarakterli tədqiqatların aparılması, genofond-kolleksiya bağının salınması, birgə kadr hazırlığı, maddi texniki bazanın yaradılması üçün araşdırma və təlim sahələrində əməkdaşlığın qurulması, müştərək elmi-tədqiqat laboratoriyaların təşkili, çay və subtropik bitkilərin emal olunması, yeni məhsulların əldə edilməsi Memoranduma salınıb.

Bütövlükdə, Lənkəran-Astara bölgəsinin zəngin bitki örtüyü, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na salınmış relikt və endemik bitkilərin-ipək akasiyası, dəmir ağacı, şabalıdyarpaqlı palıd və bir sıra ağac-kol tipli bitkilərinin artırılması məqsədilə tingliyin yaradılması və bəzək bağçılığında, xüsusilə ölkə daxilində və xaricində yayılması da nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Nazim Mahmudov: Hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalasında təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb