ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşı beynəlxalq konfransın proqram komitəsində təmsil olunur
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Şəbəkələr, kommunikasiyalar, naqilsiz və mobil hesablamalar” üzrə III beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu il noyabrın 24-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə kommunikasiya şəbəkələrinin arxitekturaları və dizayn, şəbəkə tətbiqləri, şəbəkə əməliyyatı və idarəetmə, şəbəkə təhlükəsizliyi və gizlilik, mobil Ad-hoc və sensor şəbəkələri, peyk kommunikasiyaları, naqilsiz multimedia sistemləri, kriptoqrafiya, təhlükəsizlik və mobil şəbəkələrin gizliliyi kimi mövzular daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:16]
“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]