ELM VƏ TƏHSİL


AMEA-nın müxbir üzvünün biblioqrafik göstəricisi çap olunub

AMEA-nın müxbir üzvünün biblioqrafik göstəricisi çap olunub

Bakı, 28 dekabr, AZƏRTAC

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Ağası Məlikovun biblioqrafik göstəricisi işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, göstərici alimin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1982-2022-ci illəri əhatə edən elmi əsərlərini və onun haqqında yazılmış mənbələri əks etdirir.

Biblioqrafiyaya alimin nəşr etdirdiyi kitabları, elmi məqalələri, respublikada və xarici ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, rəhbəri və icraçısı olduğu layihələr, habelə redaktə etdiyi əsərlər, rəhbərlik və ya opponentlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haqqında olan mənbələr daxil edilib. Həmçinin alimin həyatının əsas tarixləri göstərilib, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin alim haqqında yazıları öz əksini tapıb.

Göstəriciyə daxil olan materiallar bölmələr üzrə xronoloji ardıcıllıqla, əlifba sırası ilə yerləşdirilib.

Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün kitabın sonunda alimin əsərlərinin və müştərək müəlliflərin əlifba göstəricisi verilib.

“Elm” nəşriyyatında çap olunan göstəricinin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi Rəna Cavadovadır.

Biblioqrafik göstərici kibernetika və tətbiqi riyaziyyat sahələrində çalışan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.