ELM VƏ TƏHSİL


AMEA-nın professoru Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Bakı, 8 iyul, AZƏRTAC

AMEA-nın İşlər İdarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və "Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə akademiyaya üzvlük diplomunu və medalı alimə təqdim edib, bu elmi nailiyyət münasibətilə professor Elton Məmmədovu təbrik edib.

Təqdimatda professor Elton Məmmədovun Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü akademiki seçildiyi və medala layiq görüldüyü bildirilib. Bu günə qədər AMEA-nın bir sıra görkəmli alimlərinin də həmin Akademiyanın həqiqi üzvü seçildiyi qeyd edilib.

Elton Məmmədov da öz növbəsində mükafatın Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən böyük qiymət olduğunu vurğulayaraq, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.