ELM VƏ TƏHSİL
AMEA və Bolqarıstan Elmlər Akademiyasının qurumları əməkdaşlıq edəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu Bolqarıstanın Elmlər Akademiyasının Bilik və Cəmiyyətin Araşdırılması İnstitutu ilə əməkdaşlıq edəcək.
Fəlsəfə İnstitutundan AZƏRTAC-a bildirilib ki, Bolqarıstanın Varna şəhərində səkkiz ölkənin iştirakı ilə “Müasir fəlsəfə: Avropa və Qara dəniz ölkələrində mədəni, təhsil və elmi siyasət” adlı II beynəlxalq elmi konfrans keçirilib. Konfrans Bolqarıstan Elmlər Akademiyasının 150 illiyinə həsr olunub.
Konfransın ilk günü AMEA-nın Fəlsəfə İnstitutu və Bolqarıstan Elmlər Akademiyasının Bilik və Cəmiyyətin Araşdırılması İnstitutu arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanıb.