CƏMİYYƏT
ANAMA paramedik vəzifə üzrə iş qəbulu elan edib

Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, namizədlər ali və ya orta ixtisas tibb təhsilli olmalı, müvafiq sahədə bir ilə qədər iş stajı olmalıdır.
Çalışdığı müddət ərzində işçinin səmərəli fəaliyyətinə görə mükafatların verilməsi nəzərdə tutulub.
Maraqlananlar aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir.
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);
∙ əmək kitabçasının surəti.
Sənəd qəbulu cari ilin iyunun 30-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.