APARILMIŞ PROFİLAKTİKİ TƏDBİRLƏR MÜHÜM OBYEKTLƏRİN YANĞINDAN MÜHAFİZƏSİNİ TƏMİN ETMİŞDİR

Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, polis general-mayoru Murad Hüseynov AZƏRTAC-a bildirmişdir ki, aparılmış profilaktiki tədbirlər nəticəsində respublikamızın mühüm əhəmiyyətli neft-kimya sənayesi, energetika, nəqliyyat, səhiyyə, təhsil, kənd təsərrüfatı obyektlərinin, emal müəssisələrinin, neft terminallarının və kəmərlərinin yanğından mühafizə işi təmin olunmuş, həmin sahələrdə baş vermiş hadisələrin sayı və dəymiş ziyan ötən illərə nisbətən xeyli azalmışdır.

Yanğın hadisələrinin 98,1 faizinin qarşısının alınması, şəxsi heyətin hazırlığının yüksək səviyyədə olduğunu göstərir. Yanğınlar zamanı 117 vətəndaşın həyatı (onlardan 6-sı azyaşlı uşaqdır) və 11 milyard 800 milyon manat əmlak xilas edilmişdir.

Ümumiyyətlə, 2002-ci ilə nisbətən ötən il ölkəmizdə baş vermiş yanğınların sayı, dəymiş ziyan, insan tələfatı azalmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.