CƏMİYYƏT
“ASALA” terror təşkilatının cinayət əməlləri ilə bağlı müxtəlif dillərdə videoçarxlar hazırlanıb
Bakı, 13 noyabr, AZƏRTAC
Dövlət səviyyəsində terroru dəstəkləyərək terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Ermənistan dövləti səviyyəsində dəstəklənərək uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar törədən “ASALA” terror təşkilatının törətdiyi cinayət əməlləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə “ASALA terror təşkilatı barədə nə bilirsiniz?” başlıqlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.
Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.
https://www.youtube.com/watch?v=T2-3U91LkUI
https://www.youtube.com/watch?v=AD3KkpjIsgY
https://www.youtube.com/watch?v=vzbo_IitaU4
https://www.youtube.com/watch?v=aJgSxhPYrcM