CƏMİYYƏT
“ASAN xidmət”ə müraciətlərin sayı 3 milyonu keçdi VİDEO
Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə 3 milyonuncu müraciət daxil olub.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinə 1 milyonuncu müraciət bu ilin yanvarında, 2 milyonuncu müraciət isə iyun ayında daxil olmuşdu.
Hazırda 6 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü Bakıda, 2-si isə Sumqayıtda və Gəncədədir.
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.