DÜNYA


AŞPA-nın yay sessiyasının plenar iclasında “Avropada antisemitizmin qarşısının alınması və ona qarşı mübarizə” mövzusunda müzakirələr aparılıb

Strasburq, 22 iyun, AZƏRTAC

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının 3-cü günü “Avropada antisemitizmin qarşısının alınması və ona qarşı mübarizə” adlı məruzənin müzakirəsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, AŞPA-nın yay sessiyasında ikinci günü Avropada təhlükəsizlik məsələsini müzakirə edən parlamentarilər, üçüncü gün “Avropada antisemitizmin qarşısının alınması və ona qarşı mübarizə”yə dair müzakirələrlə başlayıblar.

Sonra Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluyanın çıxışı olacaq və o, avropalı parlamentarilərin suallarını cavablandıracaq.

Günortadan sonra yay sessiyasının plenar iclası isveçrəli parlamentari Pyer-Alən Fridezin hazırladığı “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə əlaqədar humanitar nəticələr və daxili və xarici miqrasiya”, ukraynalı Mariya Mezentseva və isveçrəli Sibel Arslanın birgə hazırladığı “Müşayiət olunmayan və ayrılmış miqrant və qaçqın uşaqların müdafiəsi və alternativ qayğısı”, ukraynalı Yevheniya Kravçuk və isveçli Boriana Abergin birgə hazırladığı “Sülh barışığında qadınlar üçün ədalət və təhlükəsizlik” adlı məruzələrin müzakirələri ilə davam edəcək. Məruzələr müzakirələrlə müşayiət olunacaq. Avropalı parlamentarilər müzakirə olunan məsələlərlə bağlı tövsiyə və təkliflərini səsləndirəcəklər. AŞPA-nın yay sessiyasının üçüncü günü yerli vaxtla saat 20:00-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.