ELM VƏ TƏHSİL
“ATATÜRK ENSİKLOPEDİYASI” HAZIRLANIR
Azərbaycanda Atatürk Mərkəzi Türkiyə cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün həyatı və fəaliyyəti haqqında “Atatürk ensiklopediyası” hazırlayır.
Ensiklopediyanı hazırlamaqda məqsəd bir tərəfdən, Türkiyə dövlətinin xilaskarı Atatürkü Azərbaycan oxucusuna daha yaxından tanıtmaq, onun mühiti, ideologiyası, hərbi və siyasi fəaliyyəti haqqında məlumat verməkdirsə, digər tərəfdən, Türkiyə Respublikasının mövcudluğunu şərtləndirən Atatürk ideyalarının, prinsiplərinin praktiki əhəmiyyətini və mahiyyətini açmaqdan ibarətdir.
Burada əhatə olunan məsələlər təkcə Türkiyənin siyasi coğrafiyası ilə məhdudlaşmayacaq, həm də ümumən türk dünyasının sosial-siyasi problemlərini əks etdirəcəkdir.
Ensiklopediyanın tərtibçisi Hüsaməddin Məmmədov, elmi redaktoru MEA-nın müxbir üzvü Nizami Cəfərovdur.