Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA ALMAQ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNLARINA DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

1.”Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N-3, maddə 138) 24-cü maddəsində “tədbirlər haqqında” sözlərindən sonra “alınması məhdudlaşdırılan informasiya istisna edilməklə” sözləri əlavə edilsin.

II. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N-9, maddə 561; 2000-ci il, N-3, maddə136) 10-cu maddəsinə aşağıdakı əlavələr edilsin:

1.birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir.”;

2.ikinci hissədə “terror aksiyalarına” sözlərindən sonra “ətraf mühitə” sözləri əlavə edilsin.

III. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N-8, maddə 472; 2001-ci il, N-3, maddə 148; 2002-ci il, N-5, maddə 238) 64-cü maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Ətraf mühitin mühafizəsi sahəsində informasiyanın alınması ilə əlaqədar bütün məsələlər “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilir.”.

IV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N-8, maddə 584; 2001-ci il, N-1, maddə 24; N-3, maddə 139; N-7, maddə 455; N-11, maddələr 680 və 698; N-12, maddə 731; 2002-ci il, N-1, maddə 9; N-4, maddə 165; N-5, maddələr 234, 237 və 239) aşağıdakı məzmunda 181–1-ci maddə əlavə edilsin:

“Maddə 181-1. Ətraf mühitə dair informasiyanın verilməsinin

qanuna zidd məhdudlaşdırılması

Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin əlli misli miqdarında cərimə edilir.”

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin