“AVROPA ARAŞDIRMALARI MƏRKƏZİ” YARADILMIŞDIR
AzerTAg.az
AZƏRTAC xəbər verir ki, ölkəmizin Avropaya inteqrasiyasına, Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə dair elmi araşdırmalar aparmaq məqsədi ilə “Avropa Araşdırmaları Mərkəzi” (AAM) yaradılmışdır.
Mərkəz bundan əlavə, Cənubi Qafqaz və Aİ-yə dair siyasi, iqtisadi, hüquqi, sosial məsələlər və ölkəmizin Avropa Qonşuluq Siyasətində iştirakı ilə bağlı elmi araşdırmalar aparacaq, Avropa dəyərləri haqda biliklərin yayılması, eləcə də Avropa mətbuatında Azərbaycanın tanıdılması ilə məşğul olacaqdır. Bu məqsədlə seminar və konfransların keçirilməsi, Avropa İttifaqının müxtəlif qurumları, eləcə də Avropa Komissiyası ilə əməkdaşlıq ediləcəkdir. Dekabr ayından etibarən Cənubi Qafqazda ilk dəfə olaraq ingilis dilində “Avropa Məsələləri üzrə Qafqaz Jurnalı” da (Caucasian Journal of European Affairs) nəşr olunacaqdır.
AAM (www.ces-az.org) öz ətrafında ABŞ və Avropada ali təhsil almış azərbaycanlı və xarici gənc tədqiqatçıları birləşdirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var