CƏMİYYƏT


AVROPA KOMİSSİYASI AB ÖLKƏLƏRİNDƏ İMMUN ÇATIŞMAZLIĞI VİRUSUNUN YAYILMASINDAN NARAHATDIR

Avropada QİÇS-ə yoluxmaya digər yaş kateqoriyalarından daha çox gənclər meyillidirlər, çünki on illərlə bundan əvvəl həmin xəstəliyə qarşı aparılmış geniş təbliğat kampaniyasını onlar artıq xatırlamırlar. AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, hər il dekabrın 1-də keçirilən Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar Avropa Komissiyası verdiyi bəyanatla məhz belə bir nəticəyə gəlmişdir.

Səhiyyə məsələləri üzrə Avropa komissarı Markos Kiprianu AB-yə daxil olmuş yeni ölkələrdə, ilk növbədə, Baltikyanı dövlətlərdə ümmun çatışmazlığı virusunun sürətlə yayılması ilə əlaqədar təşkilatın narahatlığını bildirmiş, fəlakətdən qurtarmaq üçün təcili tədbirlər görməyin zəruriliyini vurğulamışdır.

1996-ci ildən Avropa Birliyi ölkələrində virusun yeni daşıyıcılarının sayı təxminən iki dəfə artmışdır. Bu ilin mayında AB-ə daxil olan Latviya, Litva və Estoniyada bu virus daha sürətlə yayılmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.