Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AVTOMOBİL NƏQLİYYATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 345, № 9, maddə 542; 2001-ci il, № 7, maddə 456, № 9, maddə 593; 2002-ci il, № 7, maddə 412, № 8, maddə 480; 2003-cü il, № 6, maddə 290, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19, № 7, maddə 537; 2005-ci il, № 2, maddə 69, № 7, maddə 597; 2006-cı il, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049; 2007-ci il, № 2, maddə 97, № 8, maddə 769, № 11, maddə 1105; 2008-ci il, № 5, maddə 373, № 6, maddə 498, № 8, maddələr 715 və 719) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 31-ci maddəsinin 3-cü bəndindən “, yerli sərnişin nəqliyyatı marşrutlarını və onların hərəkət qrafiklərini təsdiq etmək, müqavilə əsasında müvafiq ərazidə fəaliyyət göstərən digər mülkiyyət formasında olan müəssisələri və təşkilatları, vətəndaşları əhaliyə nəqliyyat xidməti göstərilməsinə cəlb etmək” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555; 2003-cü il, № 3, maddə 153, № 10, maddə 570; 2005-ci il, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006-cı il, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007-ci il, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008-ci il, № 8, maddə 718, № 9, maddə 799; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 13 nömrəli və 2 dekabr tarixli 30 nömrəli fərmanları) Əlavə № 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 35-ci bəndi aşağıdakı redaksiyada verilsin:
 
35.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması:
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
 
35.1.
şəhərdaxili (rayondaxili) sərnişin daşımaları
 150
35.2.
şəhərlərarası (rayonlararası) sərnişin daşımaları
 150
35.3.
beynəlxalq sərnişin daşımaları
 150
35.4.
taksi minik avtomobilləri ilə sərnişin daşımaları
 150
35.5.
ölkədaxili yük daşımaları
 150
35.6.
beynəlxalq yük daşımaları
 200
 
3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli 880 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 286; 2006-cı il, № 11, maddə 945; 2007-ci il, № 6, maddə 601; 2008-ci il, № 8, maddə 719; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 13 və 14 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 9.41-ci bəndində “qərarlar qəbul edir” sözlərindən sonra “,habelə hüquqmüəyyənedici sənədlər verir” sözləri əlavə edilsin.  
4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
 
 İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 9 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin