İQTİSADİYYAT


AZAL və “Belavia” Bakı-Minsk marşrutu üzrə kod-şerinq reyslərini həyata keçirəcək

Bakı, 8 iyul, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə “Belavia” Belarusiya aviaşirkətinin marketinq tərəfdaşı olub.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetiriləcək.

Aviabilet satışı həm milli aviadaşıyıcının “www.azal.az” saytında, həm də “Belavia” aviaşirkətinin “www.belavia.by” saytında həyata keçiriləcək. Bakı-Minsk reysi ilə Belarusa giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunan, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib. Həmin siyahıya “Referans” laboratoriyası, “Leyla” klinikası, “Memorial” klinikası, “Bona Dea” xəstəxanası, “İnci” laboratoriyası, Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, “Kaspian Hospital”, “UltraLab” daxildir.

COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 saat əvvəl almalıdır.

Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. “Azərbaycan Hava Yolları” tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: “https://youtu.be/-s-0s4o1L2M

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.