MƏDƏNİYYƏT
AZƏRBAYCANDA BÖYÜK ŞOU KEÇİRİLƏCƏK
Britiş Konsul “Urban kultur” (“Şəhər mədəniyyəti”) adlı yeni layihəni gerçəkləşdirməyə başlamışdır. Layihə çərçivəsində yanvarın 30-dan fevralın 2-dək mədəni tədbirlər həyata keçiriləcəkdir.
Britiş Konsuldan AZƏRTAC-a bildirmişlər ki, Britaniyanın tanınmış musiqiçiləri reper Tay, di-cey Biznis və di-cey Kelli Bac Azərbaycan reperləri Elşad Xose və Uranla birlikdə fevralın 2-də - Azərbaycan gəncləri günündə böyük şou keçirəcəklər. Tamaşadan əvvəl seminar təşkil olunacaqdır.
Yanvarın 30-dan fevralın 2-dək Kelli Bac gənc fotoqraflar, Rəssamlıq Akademiyasının tələbələri, “Zamanın qanadları” qeyri-hökumət təşkiatının üzvləri, videosənətilə maraqlananlar üçün vi-ci-seminar keçirəcəkdir. İştirakçılar Bakının qədim guşələrindən bəhs edən 5-7 dəqiqəlik film çəkəcəklər. Film hip-hop-şou zamanı xüsusi monitorlarda nümayiş etdiriləcəkdir.