ELM VƏ TƏHSİL
AZƏRBAYCAN ALİMİNİN BEYNƏLXALQ KONFRANSDAMƏRUZƏSİ MARAQLA QARŞILANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Türküstan şəhərində “Qazaxıstanın siyasi və diplomatik həyatında görkəmli siyasi və ictimai xadim, diplomat Nəzir Törequlovun rolu (1920-1930-cu illər)” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Rusiya, Misir Ərəb Respublikası, İran, Səudiyyə Ərəbistanı, Özbəkistan və digər ölkələrin alimlərinin iştirak etdiyi tədbirdə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin “1926-cı ildə Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayda görkəmli siyasi xadim N.Törequlovun iştirakı” mövzusunda məruzəsi maraqla qarşılanmışdır.