ELM VƏ TƏHSİL
AZƏRBAYCAN ASTRONOMLARI CƏMİYYƏTİ YARADILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qurultayı təşəbbüs qrupunun üzvü, rəsədxananın elmi əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Əsgər Həsənəlizadə açdı.
Qurultayda yeni cəmiyyətin məqsəd və vəzifələrindən ətraflı danışıldı, onun əsasnamə və nizamnaməsi qəbul edildi, idarə heyəti seçildi.
Fizika-riyaziyyat elmləri doktoru Süleyman Zeynalov Azərbaycan Astronomları Cəmiyyətinin prezidenti seçildi.
Azərbaycan Astronomlar Cəmiyyəti idarə heyətinin üzvü, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Əyyub Quliyev demişdir ki, belə cəmiyyətlər inkişaf etmiş ölkələrin hamısında vardır. Onun yaradılmasından məqsəd respublikamızın astronomlarını, elmin bu sahəsində çalışan mütəxəssisləri vahid təşkilat ətrafında birləşdirmək, onların elmi axtarışlarını istiqamətləndirmək, tədqiqat işlərinin səmərəsini yüksəltməkdir.
Cəmiyyətin əsas funksiyalarından biri də Azərbaycan astronomlarının beynəlxalq əlaqələrini genişləndirmək, Avropa Astronomiya Cəmiyyəti, Beynəlxalq Astronomiya İttifaqı, habelə Avrasiya Astronomiya Cəmiyyəti kimi tanınmış elmi qurumlarda ölkəmizi təmsil etməkdir. Yeni cəmiyyət ölkəmizdə astronomiya elmini populyarlaşdırmaq astronomiya təqvimləri hazırlamaq, elmi-kütləvi ədəbiyyat nəşr etmək kimi məsələlərlə də məşğul olacaqdır.
Cəmiyyət 300-ə qədər mütəxəssisi və elmi işçini öz ətrafında birləşdirəcəkdir.