İDMAN
AZƏRBAYCAN CÜDOÇUSU GƏNCLƏR ARASINDA DÜNYA ÇEMPİONUDUR
73 ölkədən 429 idmançının yarışdığı birincilikdə Azərbaycanı baş məşqçi Ağayar Axundzadə və məşqçi Hacıağa Hacıəhmədovun rəhbərliyi ilə iki cüdoçu təmsil etmişdir. 60 kiloqram çəkidə yarışan Nicat Şıxəlizadə ardıcıl olaraq, Haiti, Ermənistan, Yunanıstan və Sloveniya idmançılarını məğlub etmişdir. Finalda yaponiyalı Suzuki Masanoriyə “ippon” fəndi ilə qalib gələn Nicat Şıxəlizadə dünya çempionu adını qazanmışdır.
Daha bir cüdoçumuz Elnur Məmmədli (73 kq) isə ilk iki görüşdə Finlandiya və Danimarka idmançılarına qalib gəlsə də, Koreya cüdoçusuna məğlub olmuşdur. Təsəlliverici görüşlərdə uğurla çıxış edən idmançı, 3-cü yer uğrunda qarşılaşmada rusiyalı Şirazudin Məhəmmədova uduzaraq 5-ci yerlə kifayətlənməli olmuşdur.
Bu nəticə ilə Azərbaycan yığması qeyri–rəsmi komanda hesabında 73 ölkə arasında 8-ci yeri tutmuşdur.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [16:02]
Futzal üzrə Azərbaycan - Qazaxıstan oyununa hakim təyinatları açıqlanıb
- 23.09.2023 [15:13]
Azərbaycanın iki cüdoçusu Böyük Dəbilqə turnirində finala vəsiqə qazanıb
- 23.09.2023 [13:52]
Zelim Tçkayev və Hidayət Heydərov yarımfinala vəsiqə qazanıblar
- 23.09.2023 [13:28]
"Neftçi" zədəli futbolçularının son vəziyyətini açıqlayıb
- 23.09.2023 [12:56]
Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
- 23.09.2023 [12:52]
Bu gün Çində XIX Asiya oyunları start götürəcək
- 23.09.2023 [11:18]