SİYASƏT
AZƏRBAYCAN DİLİNİN TƏBLİĞİ ÜÇÜN MÜHÜM İŞLƏR GÖRÜLÜR
Respublika Prezidenti Heydər Əliyevin Azərbaycan dilinin daha geniş təbliği ilə əlaqədar imzaladığı məlum fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Bakı Dövlət Universiteti (BDU) beynəlxalq sahədə mühüm işlər görmüşdür.
Belə ki, BDU-nun yardımı ilə Vyana Universitetinin şərqşünaslıq fakultəsində Azərbaycan dili və Ədəbiyyatı fənni tədris olunmağa başlanmışdır. Almaniyanın Berlin Universitietinin şərqşünaslıq fakultəsinin tələbələri üçün hər il BDU-da 15 günlük Azərbaycan dili kursları təşkil olunur. Hazırda Kiyev Milli Universitetinin azərbaycan dili və ədəbiyyatı fakultəsində təhsil alan 10 tələbə dörd aylıq kurs keçmək üçün Bakıdadır və onlara hər cür şərait yaradılmışdır.