Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

AZƏRBAYCAN DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN MADDİ-TEXNİKİ BAZASI MÖHKƏMLƏNİR

Dövlət Gömrük Komitəsində narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığın qarşısının alınması istiqamətində mübarizəni daha da gücləndirmək məqsədi ilə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının (SCAD) və Körfəz dövlətlərinin AQFUND Fondu tərəfindən Azərbaycan gömrük xidmətinə verdiyi ümumi dəyəri 535 milyon manatdan çox olan avadanlığın təqdimat mərasimi keçirilmişdir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komitənin sədri, gömrük xidməti general-polkovniki Kəmaləddin Heydərov çıxış edərək əməkdaşlığın real nəticələrinə görə SCAD proqramına təşəkkür etmiş, gömrük orqanlarının qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə verilən avadanlığın əhəmiyyətindən danışmışdır.

Komitənin sədri bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlarla görüşdə qarşıya çox önəmli vəzifələr qoyduğunu, qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək üçün mühüm tapşırıqlar verdiyini, bu məsələlərin kollegiya iclasında geniş müzakirə olunaraq konkret iş planı müəyyənləşdirildiyini və həmin istiqamətdə ciddi addımlar atıldığını diqqətə çatdırmışdır.

Narkotiklərlə qətiyyətli və barışmaz mübarizə istiqamətində görülən işlərdən danışan Kəmaləddin Heydərov, Azərbaycan ərazisi vasitəsi ilə narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün bir sıra məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Komitənin sədri demişdir ki, gömrük orqanları müasir texniki nəzarət və nəqliyyat vasitələri ilə təchiz olunmuş, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, peşəkar gömrükçülərin hazırlığı məqsədi ilə seminarlar və treninqlərin keçirilmiş, müasir standartlara uyğun Regional Tədris Mərkəzi və Kinoloji Mərkəz istifadəyə verilmişdir. Bütün bunlarla yanaşı, biz SCAD proqramı tərəfindən göstərilən texniki yardımları yüksək qiymətləndiririk. Bugünkü təqdimatı da əməkdaşlığın davamı kimi səciyyələndiririk və əminik ki, bu avadanlıq gömrükçülərin gələcək fəaliyyətində önəmli rol oynayacaqdır.

SCAD proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev mərasimdə çıxış edərək Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının əsas istiqamətlərindən danışaraq demişdir ki, onlardan biri də sərhədlərin mühafizəsi və bu beynəlxalq qurumun Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığa üstünlük verməsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Gömrük Komitəsinin işini ən müasir səviyyədə qurması birmənalı olaraq Avropa Birliyi ölkələri tərəfindən xüsusi diqqətdə saxlanılır. Son üç ildə beynəlxalq təşkilatların hesabatlarında DGK-da aparılan islahatlar çox yüksək qiymətləndirilmişdir. Bunun nəticəsi olaraq hər il DGK-ya və Azərbaycan hökumətinə sərhədlərin mühafizəsini gücləndirmək üçün ayrılan vəsaitin məbləği artırılır.

Son üç ildə Azərbaycana SCAD çərçivəsində narkotiklərin qaçaqmalçılığının qarşısının alınması üçün təkcə Avropa İttifaqının Yardım Komissiyası vəsait ayırırdısa, artıq bu işə BMT-nin Narkotiklərə Nəzarət Proqramı da Azərbaycana xüsusi regional gömrük xidməti yaratmaqdan ötrü 800 min dollar verilməsini nəzərdə tutub. BMT-nin Narkotiklərə Nəzarət Proqramının rəhbəri Antonio Mario Kostanın respublikamızda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşə diqqəti yönəldən M. Əfəndiyev demişdir ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində qısa müddətdə ölkənin sərhədlərinin mühafizəsinin dünya səviyyəsinə çatması üçün böyük işlər görmüşdür. Bütün bunların nəticəsi olaraq Avropa Birliyinin dövlətləri artıq Azərbaycanla əməkdaşlığa daha çox üstünlük verirlər.

Azərbaycanda olmuş beynəlxalq ekspertlərin yerli gömrük orqanlarının fəaliyyəti ilə tanışlıqdan sonra zəruri avadanlığın alınıb təhvil verilməsinin planlaşdırıldığını deyən M. Əfəndiyev, bu gün təqdim olunan texniki vasitələrin gömrük əməkdaşlarının gündəlik işində önəmli rol oynayacağını bildirmişdir. O demişdir ki, əməkdaşlığın davamı olaraq aprel ayında Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin 40 əməkdaşı üçün yeni avadanlıqdan istifadə qaydalarını, eyni zamanda Avropa təcrübəsini özündə əks etdirən təlim kursları təşkil ediləcəkdir.

Milli əlaqələndirici onu da bildirmişdir ki, aprel ayından etibarən Avropa İttifaqı 2004-2006-cı illər üçün Azərbaycana 2,2 milyon avro vəsait ayıracaqdır. Bu vəsaitin 200 min avrosu DGK üçün planlaşdırılıb. Burada yenilik ondan ibarətdir ki, biz apreldən etibarən DGK –nın müəyyən etdiyi hava limanlarında narkotiklərlə mübarizənin təşkili üçün xüsusi qurğunun yaradılmasına çalışacağıq.

M. Əfəndiyev belə maraqlı faktı da diqqətə çatdırmışdır ki, bu günlərdə Bakıda “Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən konfransda iştirak edən Avropa İttifaqı Yardım Komissiyasının narkotiklərlə bağlı bölməsinin rəhbəri Soren Klem Bakı dəniz limanının gömrük məntəqəsi üçün dəyəri 1 milyon dollardan yuxarı olan xüsusi rentgen aparatının alınması üçün Avropa İttifaqının rəhbərliyi qarşısında məsələ qaldırıb. Bu fikrə o, Dövlət Gömrük Komitəsinin sədri ilə keçirdiyi görüşdən sonra gəlmişdir.

DGK Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradov verilən avadanlıqla bağlı fikrini açıqlamış, slaydın köməkliyi ilə baş idarə tərəfindən hazırlanan məlumatı diqqətə çatdırmışdır. Sonda həmin avadanlıq Bakı Baş Gömrük İdarəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Astara, Biləsuvar, Xaçmaz, Tovuz, Balakən və digər gömrükxanaların rəislərinə təqdim olunmuşdur.

Qeyd edək ki, narkotiklərin və digər qadağan olunmuş maddələrin axtarışı üçün xüsusi cihazlardan, endeskoplardan, narkotiklərin növünü müəyyən etmək üçün ekspres laboratoriyadan, rabitə vasitələrindən, video və foto aparatlardan, gecə görmə cihazlardan və digər vasitələrdən ibarət həmin avadanlıq qaçaqmalçılığa qarşı daha səmərəli mübarizə aparmağa imkan yaradacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir