Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNƏ ÖZÜNÜİDARƏ STATUSUNUN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNIN SƏRƏNCAMI

Azərbaycanın iqtisadi həyatında islahatların uğurla həyata keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetində yüksək ixtisaslı kadrların hazırlanması işinin gücləndirilməsi və iqtisadiyyat sahəsində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə qərara alıram: 

1.Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusu verilsin.

2.Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin