İDMAN
AZƏRBAYCAN İDMANÇILARI BU İL REKORD SAYDA MEDAL QAZANMIŞLAR
keçirilən təntənəli yığıncaqda ən yaxşı idmançıların, məşqçilərin və komandaların adları açıqlanmışdır. Gənclər, İdman və Turizm Nazirliyi, idman federasiyaları və cəmiyyətləri nümayəndələrinin daxil olduğu komissiyanın qərarı ilə Nizami Paşayev (ağır atletika), Elçin Əlizadə (boks), Dinara Gimatova (bədii gimnastika), Vitali Rəhimov (yunan-Roma güləşi), Elçin İsmayılov (cüdo), Niyaməddin Paşayev (taekvondo), Elman Əsgərov (sərbəst güləş), Teymur Rəcəbov (şahmat), Eldar Qazıbəyov (kikboksinq), Ceyhun Ağasıyev (karate) ilin idmançıları elan olunmuşlar.
Qadınlardan ibarət “Atasport” otüstü xokkey komandası ilin ən yaxşı komandası, onun baş məşqçisi Adil Paşayev ilin məşqçisi adlandırılmışdır.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev qaliblərə pul mükafatları və diplomlar təqdim etmişdir.
Yığıncaqda bildirilmişdir ki, Azərbaycan idmançıları bu il dünya, Avropa çempionatlarında və “A” kateqoriyalı turnirlərdə 210-dan çox medal – ölkəmiz müstəqillik əldə etdikdən sonra rekord sayda medal qazanmışlar.
Gənclər, idman və turizm naziri demişdir ki, təkcə bu il ölkəmizin müxtəlif regionlarında üç olimpiya kompleksinin bünövrəsi qoyulmuş, gələn il isə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin göstərişi ilə 7 idman kompleksinin tikintisinə başlanacaqdır.