ELM VƏ TƏHSİL
“AZƏRBAYCAN MƏKTƏBLƏRİNDƏ İQTİSADİYYATIN TƏDRİSİ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənclər Nailiyyəti və Project Harmony təşkilatları “Azərbaycan məktəblərində iqtisadiyyatın tədrisi” Proqramı çərçivəsində noyabrın 10-11-də “Lider müəllimlər” mövzusunda konfrans keçirəcəklər.
Bakı şəhərindən və respublikamızın regionlarından olan 100 müəllimin iştirakı ilə keçiriləcək ikigünlük konfrans biznes və iqtisadiyyat təhsili, həmçinin, Azərbaycan və Amerika Birləşmiş Ştatları məktəbləri arasında əməkdaşlığın inkişafi mövzularına həsr olunacaqdır. Keçiriləcək sessiyalarda iqtisadiyyat dərslərinin keyfiyyətli tədrisi üçün kompüter və internetdən istifadə üsulları da göstəriləcəkdir.
Konfransda təhsil naziri Misir Mərdanovun, ABŞ-ın ölkəmizdəki səfiri Rino Harnışin, eləcə də ABŞ Beynəlxalq İnkişaf Agentliyi əməkdaşlarının, iş adamları və media nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.