MƏDƏNİYYƏT
AZƏRBAYCAN MUSİQİ MƏKTƏBİNİN YETİRMƏLƏRİ VƏTƏNİMİZİ ŞƏRƏFLƏNDİRİRLƏR
Əlamətdar haldır ki, orkestrin musiqiçiləri arasında həmyerlimiz, skripkaçı Sabina Rakçeyeva da öz istedadı ilə seçilir. Yeri gəlmişkən, Sabina Rakçeyevanın böyük sənətə gəlməsində Azərbaycanın yeni seçilmiş Prezidenti İlham Əliyevin rolu böyükdür. O, hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti işləyərkən o, gənc istedadı görmüş və onun Nyu-Yorkun dünya şöhrətli “Culiar-Skul” Konservatoriyasında təhsil almasına sponsorluq etmişdi. Məhz bu, təhsilini başa vurduqdan sonra Sabina Rakçeyevanın ustad musiqiçilərlə birlikdə çıxış etməsinə imkan vermişdir.
Ümumdünya Gənclər Festivalı Orkestrinin tərkibində daha bir həmvətənimiz var. Bu, Bakı Musiqi Akademiyasının məzunu, istedadlı alt çalan Pərviz Səlimovdur. O, Moskvada yaşadığı üçün orkestrdə Rusiya Federasiyasını təmsil edir.
Beləliklə, Azərbaycan musiqi məktəbinin iki gənc istedadlı yetirməsi beynəlxalq incəsənət aləmində ölkəmizi şərəfləndirirlər.