Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN PESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinə başlanması və “Azəri-Çıraq-Günəşli” müqavilə yatağının tammiqyaslı işlənilməsinin Faza-2 mərhələsinə sanksiya verilməsi münasibətilə səmimi təbrikimi qəbul edin.

Əminəm ki, indi həyata keçirilməyə başlayan layihələr regionumuzun yüksələn xətlə inkişafına sanballı töhfə verəcəkdir.

Qazaxıstan neftin hasilatı və nəqli sahəsində Azərbaycanın nailiyyətlərini böyük maraqla izləyir. Ümidvarıq ki, bu sahədə Qazaxıstan-Azərbaycan əməkdaşlığı qardaş xalqlarımızın müstəqilliyini möhkəmlətmək üçün gözəl nəticələr verəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə dərin hörmət bəslədiyimi və Azərbaycan xalqına sülh və tərəqqi arzuladığımı bildirirəm.

Səmimiyyətlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti

Astana şəhəri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin