RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV PARİSDƏ RUSİYA PREZİDENTİ BORİS YELTSİN İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Parisə səfəri zamanı yanvarın 11-də Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin ilə görüşmüşdür.

Azərbaycanla Rusiya arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan prezidentlər dövlətlərimizin bütün sahələrdə əlaqələrinin inkişaf etdirilməsi zəruriliyini xüsusi qeyd etdilər.

Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan qaldırılması və regionda sülh, əmin-amanlıq yaradılması üçün Rusiyanın hər cür yardım göstərməyə hazır olduğunu bildirən Boris Yeltsin dedi ki, sabitliyin və sülhün olması Rusiyanın, eləcə də regionun bütün digər dövlətlərinin mənafeyinə uyğundur.

Prezident Heydər Əliyev dedi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsində Rusiya mühüm rol oynaya bilər.

Prezidentlər bu dialoqu MDB dövlət başçılarının yanvarın 19-da keçiriləcək görüşündə davam etdirməyi qərara aldılar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin