Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA 2010-2014-CÜ İLLƏRDƏ TURİZMİN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin   
  2010-cu il 6 aprel tarixli
Sərəncamı ilə təsdiq edilmişdir
 
        
1. Ümumi əsaslar
         
1.1. Mövcud vəziyyət
          
Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur.
Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdəbiri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.     
 Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir.
Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.
Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.
2002-ci ildən başlayaraq, hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq məqsədi ilə tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır, dünyanın müxtəlif televiziya kanallarında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar verilir, bu istiqamətdə internet imkanlarından və digər elektron daşıyıcı vasitələrindən də geniş istifadə edilir.
Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artmışdır.
Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyiş bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı) ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır.
1.2. Məqsəd və vəzifələr
        
          Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir.
Bu məqsədə nail olunması aşağıdakı əsas vəzifələrin həllini nəzərdə tutur:
 
-         ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətin həyata keçirilməsi;
-         daxili və xarici investisiyaların turizm sahəsinə cəlb edilməsi məqsədi ilə bu sahədə təşviqləndirici investisiya və biznes mühitinin formalaşdırılması;
-         turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin yaradılması;
-         ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması.
 
1.3. Dövlət Proqramının fəaliyyət istiqamətləri
        
Dövlət Proqramı aşağıdakı istiqamətlərdə məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
-         turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi;
-         turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması;
-         ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi;
-         ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması;
-         turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi;
-         turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması;
-         turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiq edilməsi;
-         mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi;
-         turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin həyata keçirilməsi;
-         Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi;
-         milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının təşviqi;
-         turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
         
1.4. Dövlət Proqramının maliyyələşdirilməsi
 
           Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaitləri, o cümlədən dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.        
 
2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı
 

Tədbirlərin adı
 
İcra müddəti
(illərüzrə)
İcraçılar
 
 1
                             2
3
                4
 
2.1. Turizm haqqında qanunvericiliyin                   təkmilləşdirilməsi
 
 
2.1.1.
Turizm sahəsində idarəetmənin yaxşılaşdırılması və sahənin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi
 
2010 - 2011
Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi
2.1.2.
Turizm və rekreasiya zonalarının müəyyən edilməsi, bu zonalarda müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi
 
2010 - 2011
Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi
2.1.3.
 
 
 
 
 
Daxili turizm üzrə xidmətlərin sertifikatlaşdırılması üçün müvafiq standartlara dair normativ sənədlərin hazırlanması
 
 
 
2010 - 2014
 
 
 
 
Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
2.1.4.
Turizm sahəsində dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün müvafiq təkliflərin hazırlanması
2010 - 2012
Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
 
2.2.Turizm və rekreasiya zonaları
 
 
2.2.1.
Turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun, mehmanxana və digər turizm xidmətləri göstərən obyektlərin yaradılması ilə bağlı təşviqi tədbirlərin həyata keçirilməsi
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi
2.2.2.
Tarix və mədəniyyət abidələrinin, qədim arxitekturaya malik binaların turizm məqsədləri üçün istifadəsinə dair təkliflərin hazırlanması
 
 
 
 
 
 
2010 - 2011
 
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, yerli icra hakimiyyəti orqanları
2.2.3.
 
 
 
 
 
 
Ətraf mühitin, tarix və mədəniyyət abidələrinin qorunması üzrə tədbirlərin həyata keçirilməsi
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları    bələdiyyə orqanlarını cəlb etməklə
 
2.3.Turizmın müxtəlif növlərinin inkişafı
 
 
2.3.1.
Mədəni turizm obyektlərinin reyestrinin hazırlanması və təsdiqi
2010 - 2011
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, yerli icra hakimiyyəti orqanları
2.3.2.
Mədəni turizm marşrutlarının yaradılması və tətbiqi
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi
2.3.3.
Tarix-memarlıq və mədəniyyət qoruqlarının ərazilərində müasir turizm infrastrukturunun yaradılmasının dəstəklənməsi
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, yerli icra hakimiyyəti orqanları
2.3.4.
Milli parklarda və ekoloji turizm üçün yararlı olan digər ərazilərdə ekoturizm fəaliyyətinin təşkili, ərazi turizm inkişaf planlarının hazırlanması
 
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
2.3.5.
Rekreasiya turizmi üzrə kurortlar və sanatoriyalar (rekreasiya-yerləşdirmə obyektləri) barədə rekreasiya planlarının hazırlanması 
 
2011
Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları
2.3.6.
Müalicəvi su və digər təbii mənbələrin olduğu ərazilərdə müasir tələblərə uyğun rekreasiya-yerləşdirmə obyektlərinin tikintisinin planlarının hazırlanması
 
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
2.3.7.
 
 
 
 
 
 
 
 
Sağlamlıq imkanları məhdud şəxslərin, əlillərin, aztəminatlı əhalinin, uşaq və tələbələrin sosial turizmdən istifadəsinin təmin edilməsinə dair təkliflərin hazırlanması
 
 
 
 
 
 
 
2010 - 2012
 
 
 
 
 
 
Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etməklə
2.3.8
Kənd, idman, ailəvi, xüsusi maraq kəsb edən və digər turizm növlərinin inkişafına dair tədbirlər həyata keçirilməsi
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları    bələdiyyə orqanlarını cəlb etməklə
 
2.4. İnvestisiyaların cəlb edilməsi
 
 
2.4.1.
Turizm potensiallı iqtisadi-coğrafi rayonlarda turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi və təşviqi
 
2010 - 2014
Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi
2.4.2.
Turizm sahəsində kiçik və orta sahibkarlığın təşviqi üzrə tədbirlərin həyata keçirilməsi
2010 - 2014
İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
2.4.3.
Təbiət ərazilərində, həmçinin milli parklarda həyata keçirilə biləcək turizm fəaliyyətlərinin araşdırılması və bu yerlərin turizm məqsədləri üçün istifadəsi imkanlarının genişləndirilməsi
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
2.4.4.
Tarix, memarlıq və mədəniyyət abidələrinin bərpasına və turizm məqsədləri üçün istifadəsinə investisiyaların cəlb edilməsi
 
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası
 
 2.5. Beynəlxalq əlaqələr
 
 
2.5.1.
Beynəlxalq turizm bazarında Azərbaycan Respublikası üçün prioritet hesab olunan ölkələrin müəyyən edilməsi və həmin ölkələrdə Azərbaycan turizminin təbliği üzrə tədbirlərin görülməsi
 
2010 - 2014
Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
2.5.2.
 
 
 
Beynəlxalq turizm bazarında Azərbaycan Respublikası üçün prioritet hesab olunan ölkələrlə əməkdaşlığın genişləndirilməsi
 
 
2010 - 2014
 
 
Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
 
 
2.6. Kadr təminatı
 
 
2.6.1.
Turizm sahəsinə aid olan işçilərin Vahid Tarif İxtisas Sorğu Kitabçasının təsdiq edilməsi
 
 
2011
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
2.6.2.
Turizm İnstitutunun nəzdində turizm üzrə milli təlim mərkəzinin yaradılması
 
2012
Mədəniyyət və Turizm Nazirliyi,
Təhsil Nazirliyi
2.6.3.
Turizm üzrə mütəxəssis hazırlayan ali, orta ixtisas və texniki peşə təhsili müəssisələrində müvafiq tədris proqramlarının təkmilləşdirilməsi
 
2010 - 2011
Mədəniyyət və Turizm Nazirliyi,
Təhsil Nazirliyi
2.6.4.
Turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsi
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi
 
2.6.5.
Turizm obyektlərində sanitariya və gigiyena tədris proqramının həyata keçirilməsi
 
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi
2.6.6.
Turizm sahəsində təhsillə bağlı yeni vasitələrin araşdırılması və beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiqi barədə təkliflərin hazırlanması
 
2011 - 2012
Mədəniyyət və Turizm Nazirliyi
2.6.7.
Ölkənin turizm potensialının xarici ölkələrdə təbliği məqsədi ilə Azərbaycan Respublikasının diplomatik missiyalarının əməkdaşları üçün müvafiq təlim-seminarların təşkili
2011 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi
 
2.7. Statistika və tədqiqat
 
 
 2.7.1.
Turizm sahəsi üzrə statistik məlumatların toplanılması sisteminin və metodologiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılmaqla təkmilləşdirilməsi
 
2010 - 2011
Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi
2.7.2.
Ölkə üzrə turizm fəaliyyətinə dair illik  statistik toplunun hazırlanması
Mütəmadi
Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi
2.7.3.
Ölkəyə gələn və ölkədən gedən turistlərin sayı, məqsədləri və xərcləri barədə statistik məlumatların əldə edilməsi
2010 - 2014
Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Miqrasiya Xidməti
 
2.8. Tanıtma və marketinq
 
 
2.8.1.
 
 
 
Xarici turistlər üçün milli mətbəx, incəsənət, sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri haqqında məlumat toplusunun yaradılması və təbliği
2010 - 2014
 
 
 
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2.8.2.
Milli sənətkarlıq və suvenir məhsullarının istehsalının təşviqi
2010 - 2014
Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları    bələdiyyə orqanlarını cəlb etməklə
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin