Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ 1993-CÜ İL 6 DEKABR TARİXLİ 757 SAYLİ QANUNU İLƏ TƏSDİQ EDİLMİŞ “AZƏRBAYCAN RESPUBLİKASININ “ŞÖHRƏT” ORDENİNİN STATUTU”NDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2007-Cİ İL 19 OKTYABR TARİXLİ 460-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 460-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin