Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ AĞCABƏDİ RAYONUNUN HİNDARX KƏNDİNƏ QƏSƏBƏ STATUSUNUN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx kənd inzibati ərazi dairəsi tərkibindəki Hindarx kəndinə qəsəbə statusu verilsin. Hindarx kənd inzibati ərazi dairəsi Hindarx qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin