Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ ƏLİ BAYRAMLI ŞƏHƏRİNİN ŞİRVAN ŞƏHƏRİ ADLANDIRILMASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ SƏRƏNCAMLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Əli Bayramlı şəhərinin Şirvan şəhəri adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2800 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 345, № 9, maddə 542; 2001-ci il, № 7, maddə 456, № 9, maddə 593, № 10, maddə 640; 2002-ci il, № 7, maddə 412, № 8, maddə 480; 2003-cü il, № 6, maddə 290, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19, № 7, maddə 537; 2005-ci il, № 2, maddə 69, № 7, maddə 597; 2006-cı il, № 2, maddə 84, № 9, maddələr 734, 743, № 11, maddə 940, № 12, maddə 1049; 2007-ci il, № 2, maddə 97, № 8, maddə 769, № 11, maddə 1105) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər və rayon icra hakimiyyəti başçısı aparatı, rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbə və kəndlərdə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nın “Əli Bayramlı və Mingəçevir şəhərləri İcra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” hissəsinin adında “Əli Bayramlı” sözü “Şirvan” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 324; 2006-cı il, № 10, maddə 849) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu”nun 2-ci bəndinin iyirmi səkkizinci abzasında “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 325, № 9, maddə 737; 2007-ci il, № 2, maddə 85, № 4, maddə 330) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin strukturu”nun 2-ci bəndində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 682 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1232; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 760 nömrəli Fərmanı) 3-cü bəndindəki cədvəlin “Xərclərin istiqaməti” sütununun 3.3.1.6-cı bəndində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

5. “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 206; 2001-ci il, № 10, maddə 640; 2006-cı il, № 5, maddə 414) 1 nömrəli Əlavə - “Əlibayramlıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən paylayıcı elektrik şəbəkələri”ndə “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 138; 2006-cı il, № 5, maddə 414, № 7, maddə 590; 2002-ci il, № 8, maddə 769) ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı”nın “2.6. Digər təşkilati tədbirlər” bölməsinin 2.6.7-ci bəndində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddələr 87, 90, № 8, maddə 769) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ın “Təbii meşələrin bərpası” bölməsinin 1.2.1-ci bəndinin altıncı və yeddinci abzaslarında, “Meşə ehtiyatlarının qorunması məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağacların yetişdirilməsi” bölməsinin 2.1.1-ci bəndinin altıncı abzasında, 2.2.1-ci bəndinin altıncı və yeddinci abzaslarında, 2.3.1-ci bəndinin altıncı və yeddinci abzaslarında, “Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman bitkiləri və s.) səmərəli istifadənin təşkili” bölməsinin 5.1.1-ci bəndinin altıncı abzasında, 5.1-ci bəndindəki cədvəlin “Zona və rayonlar” sütununun 5-ci sətrində, “Tədris və təbliğat” bölməsinin 10.1.1-ci bəndinin yeddinci abzasında “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 104) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə dövlət Proqramı”nın “Elektrik və istilik enerjisi istehsalının, ötürülməsinin və paylanmasının əsas inkişaf istiqamətləri” hissəsinin onuncu və on beşinci abzaslarında, “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər” cədvəlinin “Tədbirin adı” sütununun 42-ci bəndində və 3.6-cı hissəsinin adında “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 2 may tarixli 793 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 408) 1.3-cü bəndinin dördüncü abzasında “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 720, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 iyun tarixli 2285 nömrəli Sərəncamı) əlavə edilmiş “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə” bölməsində, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinin “b)” bəndində və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə” bölməsində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 798) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı”nın “Tədbirin adı” sütununun 5.7-ci və 5.12-ci bəndlərində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

12. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin