Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ YERLƏŞƏN MONUMENTAL HEYKƏLTƏRAŞLIQ ABİDƏLƏRİ, XATİRƏ-MEMORİAL VƏ MEMARLIQ KOMPLEKSLƏRİNİN ÜMUMİ GÖRKƏMİNİN QORUNUB SAXLANILMASI VƏ ƏTRAFININ ABADLAŞDIRILMASINA DAİR TƏDBİRLƏR PLANI

Azərbaycan Respublikası Prezidentinin
                                                      2009-cu il 19 avqust tarixli
                                                       Sərəncamı ilə təsdiq
                                                              edilmişdir 
 
 
 

 

            

       Tədbirlər

İcra müddəti

 

İcraya məsul qurumlar

1.

Azərbaycan Respublikasının ərazisindəbədii əhəmiyyət kəsb edən monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin Dövlət reyestrinin tərtibi

2009-cu il

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları

2.

Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının yaradılması və fəaliyyətinin təşkili

2009-cu il

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası (Azərbaycan Rəssamlar İttifaqı və Memarlar İttifaqının təklifləri nəzərə alınmaqla)

3.

Təmir-bərpa işləri tələb olunan heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması

2009-cu il

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları

4.

Heykəltəraşlıq abidələrində, xatirə-memorial və memarlıq komplekslərində təmir-bərpa və abadlıq işlərinin aparılması

2009-2010-cu illər

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları

5.

Azərbaycançılıq məfkurəsinin tələblərinə uyğun ucaldılması nəzərdə tutulan heykəltəraşlıq abidələrinin, xatirə-memorial komplekslərinin eskizlərinin və layihə-smeta sənədlərinin hazırlanması

 

2010-cu ilin birinci rübü

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları

6.

Bədii əhəmiyyət daşıyan, demontaj edilməli heykəltəraşlıq abidələrinin saxlanılması üçün Bakı şəhəri ətrafında ləğv edilmiş və rekultivasiya olunacaq sənaye zonaları sahələrində regional heykəllər xiyabanının yaradılacağı müvafiq ərazilərin müəyyənləşdirilməsi və ilkin təkliflərin hazırlanması

 

2010-cu ilin birinci rübü

Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, digər müvafiq yerli icra hakimiyyəti orqanları (Azərbaycan Rəssamlar İttifaqı və Memarlar İttifaqının təklifləri nəzərə alınmaqla)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin