Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ YERLƏŞƏN MONUMENTAL HEYKƏLTƏRAŞLIQ ABİDƏLƏRİ, XATİRƏ-MEMORİAL VƏ MEMARLIQ KOMPLEKSLƏRİNİN ÜMUMİ GÖRKƏMİNİN QORUNUB SAXLANILMASI VƏ ƏTRAFININ ABADLAŞDIRILMASINA DAİR TƏDBİRLƏR PLANI”NIN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 aprel tarixli 2079 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin