SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri təyin olunmağınız münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Zati-aliniz Azərbaycanın görkəmli dövlət xadimidir. Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti və xalqı öz ölkəsinin quruculuq işlərində yeni və böyük uğurlar qazanacaqdır.
Son illər Çinlə Azərbaycan arasında bütün sahələrdə əlaqələr və əməkdaşlıq gündən-günə möhkəmlənir, Çin-Azərbaycan dostluq münasibətləri inamla inkişaf etdirilir.
Zati-aliləri, ölkələrimizin xalqlarının rifahı naminə ikitərəfli əməkdaşlığı daim genişləndirməyə və dərinləşdirməyə Sizinlə birlikdə səylər göstərməyi arzu edirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram.
Hörmətlə,
Ven Szyabao
Çin Xalq Respublikası Dövlət Şurasının
sədri
Pekin, 6 avqust 2003-cü il.