Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2007-Cİ İL 16 İYUN TARİXLİ 391-IIIQD NÖMRƏLİ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 391-IIIQD nömrəli Qanununun III bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalına görə inzibati və cinayət məsuliyyətini müəyyən edən müddəalar 2008-ci il martın 1-dən qüvvəyə minir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin