Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARINA ƏLAVƏ VƏ DƏYIŞIKLIKLƏREDILMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 3, maddə 158; 2002-ci il, N5, maddə 245) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 27-ci maddədə:

a) birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Dövlət mülkiyyətində olan kitabxanalar dövlət büdcəsindən maliyyələşdirilir və qanunvericiliklə qadağan olunmayan digər xidmətlərdən əldə edilən gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür. Bələdiyyə və özəl mülkiyyətdə olan kitabxanalar isə öz vəsaitləri və qanunvericiliklə tənzimlənən fəaliyyətindən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilir.";

b) üçüncü hissə çıxarılsın.

2. 28-ci maddənin birinci hissəsinin "büdcədənkənar fondlar formalaşdırılır" sözləri "əldə edilən büdcədənkənar vəsaitlər dövlət büdcəsinə köçürülür" sözləri ilə əvəz edilsin.

3. 31-ci maddənin üçüncü hissəsinə ikinci cümləsində "kitabxananın" sözündən sonra mötərizədə "(dövlət kitabxanaları istisna olmaqla)" sözləri əlavə edilsin.

II. "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N1, maddə 3; 2003-cü il, N1, maddə 15) 14.13-cü maddəsinin birinci cümləsində "haqq" sözü "dövlət rüsumu" sözləri ilə əvəz edilsin və ikinci cümləsi çıxarılsın.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 noyabr, 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin