Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2007-Cİ İL 16 İYUN TARİXLİ 385-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINA VƏ SƏRƏNCAMLARINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 385-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2281 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 17 iyun tarixli 140 nömrəli Fərmanından (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 347; 2004-cü il, № 6, maddə 433; 2005-ci il, № 4, maddə 298) I bölmənin ikinci və beşinci abzasları çıxarılsın və həmin Fərmanın IV bölməsi qüvvədən düşmüş hesab edilsin.

2. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin xidməti vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 249 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 28; 2006-cı il, № 7, maddə 593) 1-ci bəndində “apellyasiya” sözündən sonra “instansiyası” sözü əlavə edilsin.

3. “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-cı il, № 3, maddə 229, № 6, maddə 498; 2007-ci il, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 607 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

3.1. 7-ci bənddən “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinə,” sözləri çıxarılsın və həmin bənddə “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə,” sözlərindən sonra “Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsinə,” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.4-cü bəndinin on birinci abzasında, 2.1.5-ci bəndinin yeddinci abzasında, 2.1.6-cı bəndinin dördüncü abzasında, 2.3.4-cü bəndinin birinci abzasında, 3.2.4-cü bəndinin onuncu abzasında, 3.2.5-ci bəndinin yeddinci abzasında, 3.2.6-cı bəndinin üçüncü abzasında və 3.4.4-cü bəndinin ikinci abzasında “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin” sözləri “Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin” sözləri ilə əvəz edilsin.

4. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 182 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 16) 2.2-ci bəndində “Ədliyyə Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi)” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 796; 2007-ci il, № 3, maddələr 217, 227) ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na aşağıdakı dəyişikliklər və əlavə edilsin:

5.1. 2.5-ci bənddən (hər iki halda) “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin,” sözləri çıxarılsın;

5.2. aşağıdakı redaksiyada 2.5-1-ci bənd əlavə edilsin:

Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin aparatında: Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin aparatında:

katibliyin rəisi aparatın rəhbəri

şöbə müdiri (rəisi) təminedici şöbənin müdiri

məsul katib, baş mühasib baş məsləhətçi

mütəxəssis məsləhətçi

5.3. “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adları” sütununun 1.12-ci bəndində “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Aparatında” sözləri “Apellyasiya məhkəmələrinin aparatlarında” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1373 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 612) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Dövlət Konserninin Binə (Bakı), Gəncə, Naxçıvan, Yevlax hava limanlarında Rəsmi nümayəndə heyətləri (VİP) salonunun xidmətlərindən istifadə hüququ olan vəzifəli şəxslərin Siyahısı”nın on birinci abzasında “Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin sədri” sözləri “apellyasiya məhkəmələrinin sədrləri” sözləri ilə əvəz edilsin və “Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin sədri” sözlərindən sonra “, Məhkəmə-Hüquq Şurasının üzvləri” sözləri əlavə edilsin .

7. “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 32, № 2, maddə 101, № 3, maddə 244; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 607 nömrəli Fərmanı) Əlavə 2 - “Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının Vəzifə Maaşları”nın “Təsnifatlar üzrə inzibati və yardımçı vəzifələrin adları” sütununa aşağıdakı dəyişikliklər edilsin:

7.1. İnzibati vəzifələrin təsnifatı üzrə:

7.1.1. “Dördüncü təsnifat”da:

7.1.1.1. ikinci qrafadan “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsi Aparatının rəhbəri;” sözləri çıxarılsın;

7.1.1.2. doqquzuncu qrafadan “, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsi Aparat rəhbərinin müavini” sözləri çıxarılsın;

7.1.2. “Beşinci təsnifat”ın üçüncü qrafasından “, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsi” sözləri çıxarılsın;

7.1.3. “Altıncı təsnifat”da:

7.1.3.1 beşinci qrafadan “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin,” sözləri çıxarılsın;

7.1.3.2. on dördüncü və on səkkizinci qrafalardan “, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin” sözləri çıxarılsın;

7.2. Yardımçı vəzifələrin təsnifatları üzrə “Dördüncü təsnifat”ın birinci qrafasından “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikası İqtisad Məhkəməsinin,” sözləri çıxarılsın.

8. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2007-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin