Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜKAFATI LAUREATININ DİPLOMUNUN TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 8 may tarixli Sərəncamı ilə

təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu parıltılı kağızdan hazırlanır və eni 11 sm, uzunluğu isə 16 sm olan dörd səhifədən ibarətdir (eskiz əlavə olunur).

Diplomun birinci səhifəsinin üzərində “Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu” sözləri yazılır.

İkinci səhifədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının tarixi, nömrəsi və mükafata layiq görülmüş əsərin (işin) müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı verilir.

Üçüncü səhifədə Dövlət Mükafatına layiq görülmüş əsərin (işin) adı və mükafatın verilməsi barədə müvafiq mətn verilir.

Dördüncü səhifədə diplomun nömrəsi, laureatın soyadı, adı, atasının adı və Dövlət Mükafatları Komissiyası sədrinin adı və soyadı göstərilir.

Diplom Dövlət Mükafatları Komissiyasının sədri tərəfindən imzalanır və Komissiyanın möhürü ilə təsdiq edilir.

Diplom laureata tünd qəhvəyi rəngli dəri cildlikdə təqdim olunur.

Cildliyin üz hissəsində qızılı rəngdə Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilir və “Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatının Diplomu” sözləri yazılır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin